Yaponiya hökumətinin yeni tərkibi açıqlanıb

15-10-2018, 15:36
Oxunub: 44
Nazirlər Kabinetində 18 yerdən 12-ni yeni məmur tutub


Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa hökumətinin yeni tərkibini açıqlayıb.

Report xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Daha əvvəl yenidən seçilmiş Baş nazir Şinzo Abenin hökumətin istefasını qəbul etdiyi barədə xəbər yayılıb.

Əvvəlcədən nəzərdə tutulduğu kimi, Nazirlər Kabinetində 18 yerdən 12-ni yeni məmur tutub. Eyni zamanda, Ş.Abe əsas nazirləri, o cümlədən Y.Suqanı tutduğu vəzifədə saxlayıb.

Onunla yanaşı, baş nazirin müavini və maliyyə naziri Taro Aso, xarici işlər naziri Taro Kono, eləcə də iqtisadiyyat, sənaye və ticarət naziri vəzifələrini tutan Hirosiqe Seko da vəzifəsində qalıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti