Texasda baş verən atışma nəticəsində 4 nəfər yaralanıb

15-10-2018, 15:32
Oxunub: 47
Cinayətkarlar avtomobildən ətrafdakılara atəş açıb


ABŞ-ın Texas ştatının Ford-Uert şəhərində atışma olub.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Fort Worth Star-Telegram" nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, atışma mağazanın yanında olub. Cinayətkarlar avtomobildən ətrafdakılara atəş açıb. Nəticədə iki 3 yaşlı uşaq, habelə 19 və 20 yaşlı gənclər xəsarət alıblar.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan birinin xəsarətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bu, Texas ştatında baş verən ikinci qanlı hadisədir. Daha əvvəl şənlik mərasimlərindən birində iştirak edən ailələr arasında baş verən silahlı qarşıdurma zamanı 4 nəfər həlak olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti