Roma Papası KXDR-ə səfər etmək istəyir

15-10-2018, 14:52
Oxunub: 36
"Li Xve Çxan bildirib ki, onda olan məlumata görə, Roma Papası gələn yaz Şimali Koreyaya səfər etmək istəyir"


Roma Papası Fransisk 2019-cu ilin yazında Koreya Xalq Demokrtaik Respublikasına (KXDR) səfər etmək istəyir.

Trend-in məlumatına görə, bu barədə "Yonhap News" agentliyinə Cənubi Koreyanın hakim Demokrtaik partiyasının rəhbəri Li Xve Çxan bildirib.

Agentliyin məlumatında deyilir: "Li Xve Çxan bildirib ki, onda olan məlumata görə, Roma Papası gələn yaz Şimali Koreyaya səfər etmək istəyir".

Qeyd edək ki, Cəbuni Koreya prezidenti Mun Çje İn 12-21 oktyabr tarixlərində Avropa ölkələrinə, o cümlədən Fransa, İtaliya, Vatikan, Belçika və Danimarkaya səfər edəcək. Prezident administrasiyasının məlumatına əsasən, Mun Çje İn Vatikana səfəri zamanı Roma Papasına KXDR lideri Kim Çen Inın dəvətini verəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti