"Çin ABŞ üçün Rusiyadan da təhlükəlidir"

15-10-2018, 14:43
Oxunub: 43
"Çin Xalq Respublikası ABŞ-a bu ölkədəki seçkilərə müdaxilə nöqteyi-nəzərindən ciddi təhlükə törədir"


ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin Birləşmiş Ştatlara Rusiyadan da təhlükəlidir.

Report xəbər verir ki, bu barədə fikirlərini o, CBS telekanalına müsahibəsində açıqlayıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, Çin Xalq Respublikası ABŞ-a bu ölkədəki seçkilərə müdaxilə nöqteyi-nəzərindən ciddi təhlükə törədir.

"Rusiya (ABŞ-da keçirilən - red) seçkilərə müdaxilə edib, amma düşünürəm ki, Çin də müdaxilə edib", - deyə Tramp bildirib.

Xatırladaq ki, Tramp daha əvvəl Çin və Yaponiyanı hər il dünya okeanına təqribən 8 milyon ton tullantı atmaqda ittiham edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti