Kaliforniyada sərnişin avtobusu qəzaya uğrayıb

15-10-2018, 14:38
Oxunub: 36
Hadisə San-Fernando vadisində qeydə alınıb


ABŞ-ın Kaliforniya ştatında sərnişin avtobusu qəzaya uğrayıb.

Report-un məlumatına görə, bu barədə "FOX 11 Los Angeles" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə San-Fernando vadisində qeydə alınıb. Belə ki, sərnişin avtobusu bir neçə avtomobilə çırpılaraq bölücü xətti keçib.

Qəza nəticəsində azı 40 nəfər yaralanıb. Onlardan beşi – üç qadın və iki kişi ağır vəziyyətdədir.

Yolda hərəkət zolaqlarının örtülməsi səbəbindən hərəkət çətinləşib. Qəzanın səbəbi açıqlanmır. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Kaliforniyada təyyarə qəzaya uğrayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti