Nepalda zirvəyə qalxan zaman 8 alpinist ölüb

13-10-2018, 16:50
Oxunub: 43
Ölənlərin 4-ü bələdçilik etmiş Nepal vətəndaşlarıdır


Nepalda Qurca Himal zirvəsinə qalxan zaman 8 alpinist ölüb.

Report “Associated Press”ə istinadən xəbər verir ki, bunu yerli polisin nümayəndəsi bildirib.

“Nepalın qərbində güclü boranın baş verməsi nəticəsində 8 nəfərlik ekspedisiya üzvü, o cümlədən Cənubi Koreyanın 4 vətəndaşı ölüb, biri isə itkin düşmüş sayılır”, - deyə polis nümayəndəsi vurğulayıb.

Bildirilib ki, ölənlərin 4-ü bələdçilik etmiş Nepal vətəndaşlarıdır.

Qeyd edək ki, Qurca Himalı zirvəsinin hündürlüyü 7193 metrdir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti