833 uşaq "Boko Haram"ın girovluğundan azad edilib

13-10-2018, 15:18
Oxunub: 40
Uşaqları "Birgə məqsədli vətəndaş qrupu" azad edib


Nigeriyanın şimal-şərqində "Boko Haram" terror qruplaşmasının girovluğundan 833 uşaq azad edilib.

Trend-in məlumatına görə, bu barədə bu barədə BMT-nin uşaq fondunun (UNICEF) saytında məlumat verilir.

Bildirilir ki, uşaqları "Birgə məqsədli vətəndaş qrupu" azad edib. "Birgə məqsədli vətəndaş qrupu" ötən il beynəlxalq təşkilatla uşaqların terror qruplaşmalarına cəlb edilməsinin qarşısının alınması üçün tədbir görməyi öhdəsinə götürməklə bağlı iş planı imzalayıb.

Məlumata görə, buna "Vətəndaş birgə məqsədli qrupu" (CJTF) nail olub. Qurum keçən il beynəlxalq təşkilatla uşaqların silahlı qruplaşmalara cəlb edilməsinin qarşısının alınması üzrə tədbir görməyi öhdəsinə götürməklə bağlı birgə fəaliyyət planı imzalayıb.

"UNICEF"in hesablamalarına görə, əməliyyatın keçirildiyi Mayduquri şəhərinin rayonunda valideynsiz qalan təxminən 1500 uşaq var. "Boko Haram" bu rayonda aktiv fəaliyyət göstərir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti