"Maykl" qasırğası qurbanlarının sayı 17-yə çatıb

13-10-2018, 15:12
Oxunub: 259
Ölənlər Florida, Corciya, Virciniya və Şimali Karolina ştatlarının sakinləridir


ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb.

Report xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın xəbərində bildirilir ki, ölənlər Florida, Corciya, Virciniya və Şimali Karolina ştatlarının sakinləridir.

Xilasedicilər dağıntıların altında axtarış apardıqlarından ölənlərin sayının artacağı gözlənilir.

Daha əvvəl "Maykl" qasırğası nəticəsində 13 nəfərin öldüyü bildirilirdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti