Keşiş Branson ABŞ prezidenti ilə görüşəcək

13-10-2018, 14:38
Oxunub: 45
"Pastor Branson Türkiyədən təyyarə ilə yola düşüb"


Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum edilmiş, dünən isə azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson bu gün Ağ Evdə Birləşmiş Ştatların prezidenti Donald Trampla görüşəcək.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət başçısı Donald Tramp NBC telekanalının efirində bildirib.

"Pastor Branson Türkiyədən təyyarə ilə yola düşüb. Mən düşünürəm ki, o, yaxşı formadadır. Çox güman ki, Branson müayinə üçün Almaniyada dayanacaq. Bundan sonra isə Oval Kabinetə gələcək. Ehtimal ki, bu, şənbə günü olacaq", - deyə Tramp bildirib.

Qeyd edək ki, dünən azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson vətəninə yola düşüb. O, İzmir hava limanından təyyarə ilə vətəninə uçub. Xatırladaq ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti