Tramp Türkiyənin keşiş Bransonu azadlığa buraxmasına münasibət bildirib
12-10-2018, 18:04
Oxunub: 70
"Onun tezliklə sağ-salamat evinə qayıdacağına ümidvaram"
“Keşiş Bransonla bağlı məsələ üzrə çox gərgin işlədik”.Report Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rahibin sərbəst buraxılması ilə bağlı İzmir məhkəməsinin qərarına münasibət bildirərkən yazıb.
“Fikrim rahib Bransonun yanındadır. Onun üçün dua edirəm. Onun tezliklə sağ-salamat evinə qayıdacağına ümidvaram”, - o, “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.
Günahı tam sübuta yetiriləcəyi təqdirdə, E.Bransonu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyirdi.