Azərbaycan elektrik enerjisi ixracını artırıb

12-10-2018, 11:47
Oxunub: 25
Xarici ölkələrə 1 266 198,21 min. kVt/saat elektrik enerjisi satılıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 59 637,38 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Etatist.com Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 405,22 min dollar və yaxud 64,6% çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 266 198,21 min. kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin ilk 9 ayına nisbətən 453 859 ,52 min. kVt/saat və yaxud 55,87% çoxdur.

Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,05 dollar yaxud 0,08 (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) manatdır.

Yanvar-sentyabr aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,42%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti