ABŞ tezliklə Camal Qaşıqçının itkin düşməsi ilə bağlı hesabat yayacaq

12-10-2018, 15:14
Oxunub: 26
Bunu Ağ evdə jurnalistlər qarşısında çıxış edən Amerika prezidenti Donald Tramp deyib


ABŞ hökuməti tezliklə Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının itkin düşməsinə dair iş üzrə araşdırmanın ilkin nəticələri barədə hesabat yayacaq.

Report TASS-a istinadən xəbər verir ki, bunu Ağ evdə jurnalistlər qarşısında çıxış edən Amerika prezidenti Donald Tramp deyib.

O, Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına investisiya axınını dayandırması üçün heç bir səbəb görmədiyini bildirib.

"Reuters"in məlumatına görə, ABŞ prezidenti hesab edir ki, Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlara investisiya yatırımından imtina edəcəyi təqdirdə, pul vəsaitlərini Rusiya və Çinə yönləndirəcək.

ABŞ Prezidenti bundan əvvəl isə jurnalist Camal Qaşıqçının itkin düşməsi hadisəsi ilə bağlı amerikalı müfəttişlərin araşdırmaya başladıqlarını bildirmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti