Qırğız Respublikasının XİN başçısı istefa verib

12-10-2018, 14:48
Oxunub: 27
Bu barədə ölkə XİN-nin mətbuat xidməti nazirin bəyanatını yayıb


Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev istefa verib.

Report RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-nin mətbuat xidməti nazirin bəyanatını yayıb.

Bəyanat deyilir: “Qırğız Respublikasının xarici işlər naziri vəzifəsində 6 il işlədikdən sonra öz xahişimlə tutduğum vəzifədən istefa vermişəm. Dövlət başçısı istefamı qəbul edib”.

Qeyd edək ki, ötən ayın sonunda Qırğız Respublikasının Cənubi Koreyadakı səfiri Kılıçbek Sultan Bişkekdə keçirdiyi mətbuat konfransında Malayziyada səfir işlədiyi 2015-2016-cı illərdə səfirlik əməkdaşları tərəfindən yol verilən pozuntular barədə məlumatları açıqlamışdı. Cavab olaraq XİN rəhbərliyi səfirin özü tərəfindən xidmət qaydalarının pozuntuları haqqında məlumatları olduğunu bildirmişdi.

Təhlükəsizlik Şurasının keçirdiyi araşdırma nəticəsində XİN-də vaxtaşırı xidmət sənədlərinin kənara sızması, zəif kadr siyasəti ortaya çıxarılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti