ABŞ MN “F-35”lərin uçuşlarını dayandırıb

11-10-2018, 20:24
Oxunub: 63
İstər ABŞ, istərsə də başqa ölkələrin ordularındakı “F-35” təyyarələri yoxlanılacaq


ABŞ Müdafiə Nazirliyi “F-35” tipli beşinci nəsil qırıcı təyyarələrinin bütün uçuşlarını dayandırıb.

Report “Military Times” portalına istinadən xəbər verir ki, mütəxəssislər həmin təyyarələrin yanacaq sistemində nasazlıq ola biləcəyini düşünürlər. Ona görə də istər ABŞ, istərsə də başqa ölkələrin ordularındakı “F-35” təyyarələri yoxlanılacaq. Bunun üçün 24 saatdan 48 saatadək vaxt sərf olunacağı gözlənilir.

Qeyd edək ki, “F-35” təyyarələrinin yoxlanılması barədə qərar sentyabrın 28-də Cənubi Karolinada dəniz piyadaları korpusuna məxsus “F-35-M” təyyarəsinin qəzaya uğramasından sonra verilmişdi. Həmin qəzada pilot təyyarədən paraşütlə atılaraq sağ qalmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti