“Səudiyyə Ərəbistanından jurnalistin itkin düşməsi ilə bağlı suallarımıza cavab gözləyirik”

11-10-2018, 17:58
Oxunub: 80
"Nələr baş verdiyini aşkar etmək istəyirik"


“Amerikalı müfəttişlər də jurnalistlə bağlı hadisəni araşdırırlar”.

Report xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” televiziyasına müsahibəsində deyib.

“Camal Qaşıqçıya nə olduğunu öyrənməyə məcburam. Bu məsələdə mövqeyimiz çox sərtdir. Orada müfəttişlərmiz var. Onlar Türkiyədə yerli müfəttişlərlə birlikdə işləyirlər. Açığı Səudiyyə Ərəbistanı ilə də əməkdaşlıq edirik. Nələr baş verdiyini aşkar etmək istəyirik”, - deyə ABŞlideri vurğulayıb.

D.Tramp oktyabrın 10-da keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçı barədə açıqlama vermişdi: “Bu hadisənin daha dərindən araşdırılmasını istəyirəm. Səudiyyə Ərəbistanı hakimiyyətindən suallarımıza cavab gözləyirik. Bu hadisənin axıradək araşdıracağıq. Camal Qaşıqçının nişanlısını Ağ Evdə görmək və qəbul etmək istəyirəm”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti