Malayziyada ölüm hökmü ləğv ediləcək

11-10-2018, 16:11
Oxunub: 33
"Nazirlər Kabineti ölüm hökmünün ləğvi haqqında layihəni təsdiqləyərək, parlamentə göndərib"


Malayziya yaxın vaxtlarda ölüm hökmünü ləğv edəcək.

Report RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin Administrasiyası məlumat yayıb.

Baş nazir Administrasiyasının rəhbəri Liu Vui Keonq bildirib ki, Nazirlər Kabineti ölüm hökmünün ləğvi haqqında layihəni təsdiqləyərək, parlamentə göndərib.

Onun sözlərinə görə, parlamentin Aşağı Palatası “Edam hökmünün ləğvi haqqında” qanun layihəsinə oktyabrın 15-də keçiriləcək növbəti iclasında baxacaq. Baş nazir Administrasiyasının rəhbəri qeyd edib ki, qanun layihəsi müzakirə olunan ərəfədə edam hökmlərinin icrasına moratorium qoyulması vacibdir.

Qeyd edək ki, Malayziyada ölüm hökmü dar ağacından asmaqla icra olunur. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti