İndoneziyada baş vermiş zəlzələ nəticəsində 3 nəfər ölüb

11-10-2018, 16:04
Oxunub: 50
Yeraltı təkanlar nəticəsində bir neçə bina dağılıb


İndoneziyanın Şərqi Yava əyalətində baş vermiş 6,3 maqnituda zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroxo "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, yeraltı təkanlar nəticəsində bir neçə bina dağılıb.

Zəlzələ Bali adasında da hiss olunub. Sunami təhlükəsi elan olunmayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti