Casusluqda ittiham olunan Çin məmuru ABŞ-a ekstradisiya edilib

11-10-2018, 15:54
Oxunub: 63
İttihama görə, Çin vətəndaşı 2013-cü ildən öz fəaliyyətini ABŞ və onun hüdudlarından kənarda həyata keçirib


 Belçika Amerika tərəfinin sorğusu əsasında aprel ayında həbs olunmuş Çinin Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşını ABŞ-a ekstradisiya edib.

Report xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, Syu Xuey və Çjan Xuey adları ilə tanınan Syu Yantszünə qarşı bir sıra kosmik və aviasiya şirkətinin kommersiya sirlərini oğurlamaq məqsədi ilə iqtisadi casusluq ittihamı irəli sürülüb.

Bildirilir ki, ABŞ-ın Ədliyyə Nazirliyi kişini Çin kəşfiyyatının əməkdaşı hesab edir. Onların fikrincə, o, Szyansu əyalətinin təhlükəsizlik idarəsinin şöbələrindən birinin müdir müavini vəzifəsini tutur.

İttihama görə, Çin vətəndaşı 2013-cü ildən öz fəaliyyətini ABŞ və onun hüdudlarından kənarda həyata keçirib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın energetika şirkətinin qadın işçisi casusluqda ittiham olunmuşdu.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti