Papua-Yeni Qvineya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib

11-10-2018, 15:43
Oxunub: 26
Zəlzələnin episentri Kimbe şəhərindən 130 km qərbdə, yerin 81 km dərinliyində qeydə alınıb


Papua-Yeni Qvineya sahillərində 6,8 maqnituda gücündə zəlzələ baş verib.

Report xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmologiya Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Kimbe şəhərindən 130 km qərbdə, yerin 81 km dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, bu il fevralın 26-da Papua-Yeni Qvineyada baş vermiş güclü zəlzələ nəticəsində azı 125 nəfər həyatını itirmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti