Serbiya hökuməti İranla vizasız rejimi ləğv edib

11-10-2018, 15:36
Oxunub: 61
Qərar oktyabrın 8-də qəbul edilib


Serbiya hökuməti İran vətəndaşları üçün ölkəyə vizasız girişi ləğv etmək qərarını qəbul edib.

Trend-in məlumatına görə, qərar oktyabrın 8-də qəbul edilib və dərc edildikdən sonra səkkizinci gündə sonra qüvvəyə minəcək.

Bəzi analitiklərin fikrinə görə, bu qərar İrandan Serbiya ərazisi ilə Avropaya miqrant axının qəfildən artması səbəbindən qəbul edilib.

Xatırladaq ki, Belqrad və Tehran 2017-ci ilin avqust ayında vizasız rejim barədə razılığa gəlib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti