Məktəbdə gözyaşardıcı qazdan zəhərlənən bütün şagirdlər evə buraxılıb

10-10-2018, 16:03
Oxunub: 35
"Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər"


Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 76 nömrəli tam orta məktəbdə gözyaşardıcı qazdan zəhərlənən bütün şagirdlər xəstəxanadan evə buraxılıb.

Məktəbdən Trend-ə verilən məlumata görə, şagirdlərin valideynləri ilə təhsil müəssisəsində görüş keçirilib:

"Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır".

Qeyd edək ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə 8 şagird qazdan zəhərlənib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti