Ağcabədidə icazəsiz ova cəhd edən şəxs saxlanılıb

10-10-2018, 14:23
Oxunub: 29
Faktla bağlı Ə.Məhərrəmov barəsində protokol tərtib olunub


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Füzuli rayon sakini Əbil Məhərrəmov olduğu müəyyən edilib. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı Ə.Məhərrəmov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti