Lüksemburqda Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçıları görüşəcək

10-10-2018, 17:24
Oxunub: 38
Görüşə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini sədrlik edəcək


Bu il oktyabrın 15-də Lüksemburqda Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Report Avropa Xarici Siyasət Xidmətinə istinadən xəbər verir ki, görüşdə Aİ üzvü ölkələrinin və "Şərq Tərəfdaşlığı" proqramı iştirakçısı olan Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri iştirak edəcəklər. Görüşə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini sədrlik edəcək.

Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı iştirakçıları arasındakı siyasi dialoqu davam etdirmək fürsəti verən qarşıdakı görüş iştirakçıları tərəfdaşlıq çərçivəsindəki öhdəliklərin, o cümlədən “2020-ci ilədək 20 hədəf” adlı öncül vəzifələrin icrasına yekun vuracaq. 2017-ci ilin noyabr ayında keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin son Zirvə görüşündə qəbul edilmiş “2020-ci ilədək 20 hədəf” proqramı iqtisadiyyatın, idarəetmə sistemlərinin, qarşılıqlı fəaliyyətin, cəmiyyətlərin inkişaf etdirilməsi məqsədini daşıyır.

Bununla yanaşı, gələn ilin may ayında "Şərq Tərəfdaşlığı" proqramının 10-cu ildönümü ilə bağlı keçiriləcək yubiley tədbirlər də müzakirə olunacaq.

Aİ ilə altı şərq qonşuları arasında yaxınlaşmaya yönələn "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Praqa zirvə görüşündə Polşa və İsveçin təşəbbüsü ilə qəbul edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti