"Ermənistan sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır"

10-10-2018, 10:23
Oxunub: 33
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bəyan edib


Ermənistan regionda sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bəyan edib.

B.Yıldırım bildirib ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, rəsmi Ankaraya qarşı 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməlidir.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb, rəsmi Yerevan bu təklifə məhəl qoymur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti