ABŞ Ermənistana göstərilən yardımın həcmini artıracaq

10-10-2018, 14:38
Oxunub: 41
"Gələn il ABŞ hökuməti Ermənistana 26 milyon ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırır"


ABŞ gələn il Ermənistana göstərilən xarici yardımın həcmini artırmaq niyyətindədir.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Son dövrdə ABŞ Ermənistana ölkədə siyasi islahatlar həyata keçirmək üçün əlavə olaraq 14 milyon ABŞ dolları məbləğində yardım göstərib. Gələn il ABŞ hökuməti Ermənistana 26 milyon ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırır. Bu isə əvvəlcədən açıqlanan məbləğdən 20 milyon çoxdur", - ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, vəsaitlər Ermənistanın mövcud siyasi prosesləri ilə bağlı prioritet layihələrin həyata keçirilməsinə, habelə vətəndaş cəmiyyəti və müstəqil KİV-in inkişafına yönəldiləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti