Bosniya və Herseqovinada zavodda partlayış baş verib

10-10-2018, 14:27
Oxunub: 37
Partlayış nəticəsində 8 nəfər yaralanıb


Bosniya və Hersoqovinada neftayırma zavodunda partlayış olub.

Report xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, hadisə Bosanski-Brod şəhərində qeydə alınıb. Partlayış nəticəsində 8 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilib.

Hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın səbəbi barədə məlumat verilmir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti