"Maykl" qasırğası 3-cü dərəcəyə qədər güclənib

10-10-2018, 14:22
Oxunub: 42
Florida sakinlərinə güclü külək, leysan yağışlar və mümkün daşqınlar barədə xəbərdarlıq edilib


Meksika körfəzində yaranan "Maykl" qasırğası 5 mümkün dərəcədən 3-cü dərəcəyə yüksəlib.

Trend-in Qasırğalar barədə Xəbərdarlıq üzrə ABŞ Milli Mərkəzinə istinadən verdiyi məlumata görə, hazırda qasırğa Florida sahillərinə tərəf hərəkət edir. Küləyin sürəti saatda 195 kilometrə çatır.

Florida sakinlərinə güclü külək, leysan yağışlar və mümkün daşqınlar barədə xəbərdarlıq edilib. Hazırda qasırğa Florida ştatında 435 kilometr aralıdadır və saatda 19 kilometr sürətlə ştata yaxınlaşır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti