Tramp Kim Çen Inla seçkilərdən sonra görüşəcək

10-10-2018, 14:15
Oxunub: 64
"ABŞ KXDR-lə sammitin keçirilməsi üçün 3-4 yeri nəzərdən keçirir"


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla Amerikada keçiriləcək aralıq seçkilərdən sonra görüşmək niyyətindədir.

Report "The Hill"ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin özü jurnalistlərə bildirib.

"Mən sadəcə indi gedə bilmirəm", - deyə Birləşmiş Ştatların rəhbəri bildirib. 

ABŞ-da aralıq seçkilər noyabrın 6-da keçiriləcək.

Tramp daha əvvəl bildirib ki, ABŞ KXDR-lə sammitin keçirilməsi üçün 3-4 yeri nəzərdən keçirir.

Xatırladaq ki, dünən Kim Çen In Roma Papası Fransisk Koreya Xalq Demokratik Respublikasına (KXDR) dəvət edib
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti