Hindistanda sərnişin qatarı relsdən çıxıb, ölən və yaralananlar var

10-10-2018, 14:11
Oxunub: 38
Qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər həlak olub


Hindistanın şimalında yerləşən Ray-Bareli şəhəri (Uttar-Pradeş ştatı) yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Trend-in məlumatına görə, qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəzaya uğrayan qatar Malda şəhərindən (Qərbi Benqaliya ştatı) ölkənin paytaxtı Nuy-Deliyə gedirmiş.

Hazırda qəza baş verən yerdə xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Bildirilir ki, ölnlərin sayı arta bilər.

Qatarın relsdən çıxmasının səbəbi hələki məlum deyil. Araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti