Tramp Florida ştatında fövqəladə vəziyyət elan edib

10-10-2018, 14:01
Oxunub: 87
"Maykl" qasırğası artıq Kubaya çatıb və Florida istiqamətində hərəkət edir


ABŞ prezidenti Donald Tramp yaxınlaşmaqda olan "Maykl" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.

Report xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Ağ Evin məlumatında göstərilir ki, fövqəladə vəziyyət rejimi hakimiyyət orqanlarına ştatda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım göstərməyə imkan verir.

"Maykl" qasırğası artıq Kubaya çatıb və Florida istiqamətində hərəkət edir. Küləyin maksimal sürəti saatda 150 kilometrdir.

Mərkəzi Amerikada təbii hadisədən azı 13 nəfər ölüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti