"Maykl" qasırğası Mərkəzi Amerikada 13 nəfərin ölümünə səbəb olub

9-10-2018, 14:22
Oxunub: 65
Hazırda qasırğa Kubaya çatıb və ABŞ-ın Florida ştatına doğru hərəkət edir


Dünəndən Salvador, Nikaraqua və Hondurası cənginə alan "Maykl" qasırğası nəticəsində azı 13 nəfər ölüb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, adıçəkilən ölkələrin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xidmətlərinin məlumatında evlərin damlarının dağılması və daşqınlara səbəb olan leysan yağışları səbəbi ilə Hondurasda 6, Nikaraquada 4, Salvadorda isə 3 nəfərin öldüyü bildirilir. Həmçinin Qvatemalada çay axınının apardığı uşağın axtarışı davam etdirilir.

ABŞ Milli Qasırğası İzləmə Mərkəzinin (NHC) məlumatına görə, çərşənbə axşamı küləyin maksimum sürəti 150 km/saat təşkil edib.

Qeyd edək ki, hazırda qasırğa Kubaya çatıb və ABŞ-ın Florida ştatına doğru hərəkət edir.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti