ABŞ dövlət katibi Pxenyana səfər edib

7-10-2018, 14:22
Oxunub: 344
"Biz Sinqapurda keçirilən sammitdə əldə olunmuş sazişlər üzrə irəliləyişə nail olmaqda davam edirik"


 ABŞ dövlət katibi Maykl Pompeo Pxenyana səfər edərək KXDR lideri Kim Çen Inla görüşüb.

Report xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi "Twitter" səhifəsində yazıb.

"Kim Çen Inla görüşmək üçün Pxenyana səfərim əla oldu. Biz Sinqapurda keçirilən sammitdə əldə olunmuş sazişlər üzrə irəliləyişə nail olmaqda davam edirik", - deyə Pompeo "Twitter"dəki səhifəsində yazıb.

Bu, Pompeonun Pxenyana dördüncü səfəridir. O, ilk dəfə KXDR-ə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri kimi bu ilin aprelində səfər edib.

ABŞ-ın dövlət katibi bundan əvvəl Tokioda olub. O, Yaponiya paytaxtında baş nazir Şinzo Abe və ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti