Nobel Sülh Mükafatının qalibləri açıqlanıb

5-10-2018, 13:41
Oxunub: 556
Onlar müharibə və hərbi münaqişələr zamanı cinsi zorakılığa qarşı apardıqları mübarizəyə görə mükafatlandırılıblar


Nobel Komitəsi 2018-ci il üzrə Nobel Sülh Mükafatının qaliblərinin adını açıqlayıb.

Report TASS-a istinadən xəbər verir ki, konqolu həkim Deni Mukvege və İraqın yezidi kürd əsilli hüquq müdafiəçisi Nadia Murad Nobel Sülh Mükafatına layiq görülüblər. 

Onlar müharibə və hərbi münaqişələr zamanı cinsi zorakılığa qarşı apardıqları mübarizəyə görə mükafatlandırılıblar.  

Qeyd edək ki, bu il mükafata Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In, hüquq müdafiəçisi Amal Kluni namizəd göstərilmişdi. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti