Cənubi Afrikada iki qatar toqquşub, yüzlərlə insan xəsarət alıb

5-10-2018, 11:34
Oxunub: 176
Pretoriya şəhərinə gedən qatar Kempton Park şəhərinin stansiyasında dayanmış başqa qatara çırpılıb


Cənubi Afrikada iki qatarın toqquşması nəticəsində azı 320 sərnişin xəsarət alıb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə dünən gecə Yohannesburq şəhərindən şərqdə baş verib.

Pretoriya şəhərinə gedən qatar Kempton Park şəhərinin stansiyasında dayanmış başqa qatara çırpılıb.

Dəmir yolu şirkətinin nümayəndəsinin sözlərinə görə, 32 sərnişin ağır yaralanıb, amma onların həyatı təhlükəsi yoxdur.

Dəmir Yollarında Təhlükəsizlik İdarəsi (RSR) hadisənin başvermə səbəblərini araşdırır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti