Yaponiyada tayfun nəticəsində 8 nəfər xəsarət alıb

5-10-2018, 08:52
Oxunub: 94
Okinava və Kiqosima prefekturalarında 30 mindən artıq insan elektrik enerjisiz qalıb


Yaponiyada "Konq-rey" tayfunu səbəbindən azı 8 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, Okinava və Kiqosima prefekturalarında 30 mindən artıq insan elektrik enerjisiz qalıb.

"Konq-rey" bu mövsüm Sakit okeanda yaranan 25-ci tayfundur. Tayfun cənubdan Yaponiyanın əsas adası olan Xonsyuya doğru hərəkət edir. Tayfunun mərkəzində küləyin sürəti saniyədə 45 metr təşkil edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti