Bakı-Şamaxı-Yevlax yolunda dəhşətli qəza

14-12-2012, 12:09
Oxunub: 3624


Bakı-Şamaxı-Yevlax yolunda ağır avtomobil qəzası baş verib. Hadisə ötən gün saat 22:00 radələrində yolun 135-ci kilometrliyində, Şamaxı rayonunun Şərədil kəndi ərazisində qeydə alınıb.

1978-ci il təvəllüdlü Elşən Yaqubovun idarə etdiyi 20 BS 313 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn, 1949-cu il təvəllüdlü Allahverdi Əliyevin idarə etdiyi 85 CA 774 dövlət nömrə nişanlı "Ford Tranzit” markalı sərnişin mikroavtobusu ilə toqquşub.

Hadisə nəticəsində "VAZ 2107”-nin sürücüsü Elşən Yaqubov, sərnişinləri 1971-ci il təvəllüdlü Yusif Yaqubov və 1990-cı il təvəllüdlü Elvin Yaqubov, "Ford Taranzit”in sürücüsü Allahverdi Əliyev, sərnişini və 1986-cı il təvəllüdlü Samir Musayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Onlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti