Bakıda Qarabağ mitinqi keçirildi - Fotolar/Video

29-09-2018, 21:34
Oxunub: 801
Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı rəsmi məlumat yayıb


Sentyabrın 29-da bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə mitinq keçiriblər.

Etatist.com xəbər verir ki, mitinq saat 15.00-da Yasamal rayonundakı "Məhsul" stadionunda baş tutub.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqdə Qarabağ Komitəsinin üzvlərindən başqa, digər partiyaların da üzvləri və heç bir partiya mənsubiyyəti olmayan şəxslər iştirak ediblər. Mitinqdə ilk söz Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya verilib. O, bildirib ki, hakimiyyətin Qarabağın azadlığı ilə bağlı atdığı addımları dəstəkləyir, "təki Qarabağ işğaldan azad olunsun".

Daha sonra Qarabağ Komitəsinin digər üzvləri, Qarabağ müharibəsinin veteranları, çıxış ediblər.

Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov çıxışı zamanı bildirib ki, bu vətən bizimdir:

"Qarabağ döyüşçüləri, ürəyi Qarabağla döyünənlər bilir ki, Qarabağın yolu döyüşdən keçir".

Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş Nazir Pənah Hüseyn mitinqin qətnaməsini oxuyub.

Mitinqə Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiya, qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri qatılıb. Mitinqdə həmçinin digər partiya və təşkilatların da üzvləri də iştirak edib.

Mitinq iştirakçıları "Ya Qarabağ, ya ölüm", "Qarabağ bizimdir" şüarları səsləndiriblər.

Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə mitinqdə təxminən 2000 nəfər iştirak edib.

Açıqlamada o da bildirilir ki, mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Bakıda Qarabağ mitinqi keçirildi - Fotolar/Video

Bakıda Qarabağ mitinqi keçirildi - Fotolar/Video

Bakıda Qarabağ mitinqi keçirildi - Fotolar/Video

Bakıda Qarabağ mitinqi keçirildi - Fotolar/Video

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti