İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 405-ə çatıb - YENİLƏNİB

29-09-2018, 19:20
Oxunub: 86
Sentyabrın 28-də Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib


İndoneziyada baş verən zəlzələ və sunamı nəticəsində ölənlərin sayı 405 nəfərə çatıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və İnformasiya Nazirliyinin nümayəndəsi Ferdinandus Setu məlumat yayıb.

Bildirilir ki, hakimiyyət orqanları Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayını dəqiqləşdiriblər. Məlumata görə, yeraltı təkanlar zamanı yüzlərlə sakin xəsarət alıb. 

Sentyabrın 28-də Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.

* * *

İndoneziyada güclü zəlzələ və daha sonra baş vermiş sunami nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb. 

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin nümayəndəsi məlumat verib. 

Bundan əlavə, 356 nəfərin xəsarət aldığı bildirilir. 


* * * 

İndoneziyada güclü zəlzələ və daha sonra baş vermiş sunami nəticəsində 48 nəfər ölüb. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, İndoneziya Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını istisna etmir.

Xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.

Qeyd edək ki, sentyabrın 28-də İndoneziyanın Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti