Nigeriyada daşqınlar 199 nəfərin ölümünə səbəb olub

27-09-2018, 14:53
Oxunub: 131
Daşqınlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb


Nigeriyada güclü daşqınlar ağır fəsadlara yol açıb.

Trend-in məlumatına görə, ölkənin 4 ştatında baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb.

Ölkənin Fövqəladə vəziyyətlər üzrə Agentliyi daşqınlar baş verən ştatlara yaxın ərazilərin də nəzarətdə saxlanıldığını bildirib.

Nigeriya hökuməti artıq sentyabrın 18-dən ölkənin 4 ştatında daşqınlar səbəbindən milli fəlakət elan edib. Xilasetmə və tibbi yardım işlərinin aparılması üçün mərkəz açılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti