Müasir ədəbiyyatın sərhədində: Ceyms Coys

27-09-2018, 14:25
Oxunub: 63
"Ceyms Coys aktiv oxuyucu anlayışının əhəmiyyətini davamlı vurğulayan bir yazıçı idi"


Ədəbiyyatda modernizm cərəyanının, 19-cu əsrin ortalarından etibarən Renessans dövrünün meydana gətirdiklərindən romantizm, realizm, naturalizm kimi cərəyanlara reaksiya olaraq ortaya çıxdığını bilirik. Yəni modernizm sənayə dövrünə olan reaksiyanın reaksiyasıdır. Romantizm ilə birlikdə meydana çıxan fərdiyyətçilik, hisslərə verilən əhəmiyyət, doqmalardan qurtulma səyi modernizm ilə birlikdə bir addım daha irəliyə getmişdir. Modernizmi ortaya çıxaran ən vacib düşüncə tez-tez rast gəlinməyən hadisələr ardıcıllığından meydana gələn macəra romanları yerinə “yeni bir şeylər etmək” düşüncəsidir. Modernizm ilə birgə o zamana qədər yazıya köçürülməsi düşünülməmiş hadisələr, daha vacibi fərqli mövzular, üslublar, nəql edilmə növləri ortaya çıxmışdır. Fərqli bir ədəbiyyat əsərləri yazan yazıçı soruşulduqda ağla gələn ilk adların əvvəlində təbii ki, Ceyms Coys vardır.

Ceyms Coysu ilham aldığı modernist yazıçılardan ayıran ən əhəmiyyətli xüsusiyyət, sahib olduğu bədii bacarıqları sonuna qədər istifadə etməsidir. Ədəbiyyatı bir torbaya bənzətsək, digər modernist yazıçılar torbanı davam gətirə bildiyi qədər nazikləşdirmişsə, Ceyms Coys torbanı sözün əsl mənasında deşmiş və deşilmiş torbanın nəyə oxşadığını analiz etmişdir. Və baxıb görmüşdür ki, sərhədlərini aşmış bir ədəbiyyat zənn edildiyi kimi pis bir şey deyil, tam tərsi sənəti daha da irəliyə daşıyacaq şeydir.

Coysun ən çox hörmət edilən cəhətlərindən biri istifadə etdiyi üslubudur. Şair tərəfi də olduğu üşün Coys ingilis dilinə çox hakimdir və cümlədə sözləri necə seçəcəyini bilir. Onun sözləri cümlələri gərir, yazıda olandan daha çoxunu anlatmağı bacarır. Onlarca səhifə tutan hekayəni bir səhifəyə “sıxlaşdırılmış” olaraq toplayır. Buna görə də onun əsərləri ağırdır və oxumaq vaxt alır. Bu üslubdan ilk dəfə “Sənətçinin bir gənc olaraq portreti” adlı kitabında istifadə etmişdir. Eyni zamanda bu kitab bizə Coysun sənət və estetika haqqında düşüncələrini açıq şəkildə göstərir, şah əsərləri haqqında məlumat verir və öz şüur axışı texnikasını necə inkişaf etdirdiyini nümayiş etdirir.

Dublinlilər adlı hekayə kitabı (eyni zamanda nəşr etdirə bildiyi ilk kitabı) bizə Coysun nə etmək istədiyini tam olaraq göstərir. Dublinlilər, Dublində yaşanan, hər kəsin bildiyi adi insanların monoton gündəlik işlərini nəql edən sadə hekayələrdən ibarətdir. Adi sözü çox əhəmiyyətlidir, çünki Coysa görə gündəlik həyat içərisində etdiyimiz hər bir hərəkət estetik cəhətdən gözəldir. O, özündən əvvəlkilər kimi dastanlara xas hekayələri, normal halda olmayacaq hadisələri danışmaq istəmir. Onun yerinə insanları, doğru tərəfdən baxılarsa, gündəlik həyatın nə qədər dastanvari olduğuna razı edir. Bu gün onu hələ bu qədər sıx anmağımız onu sübut edir ki, o, bu şeyi bacarmışdı.

Coysun bu anlayışı bizi şah əsəri sayılan "Uillis" əsərinə gətirib çıxarır. Çünki "Uillis" də gündəlik həyata edilmiş bir gözəlləmədir. Belə ki, səkkiz yüz səhifəyə yaxın kitab sadəcə bir gündə olan hadisələrdən bəhs edir. Yazıçı Uillis əsərini yazarkən Homerin məşhur "İliada" adlı dastanından ilham almışdır. Fəqət buradakı obrazlar müharibə qəhrəmanları, mifoloji varlıqlar deyil, adi insanlardır. Əsərdə baş vermiş hadisələr müharibələrlə, qovuşa bilməyən sevgililər və inqilablarla bağlı deyil, qatarın gedişini izləməkdən, qəhvə içməkdən, küçələrdə gəzib insanlarla söhbət etməkdən ibarətdir. Coys sadəcə bu şəkildə bir yenilik yaratmamışdır. "Uillis" romanını yazılmış ən yaxşı romanlardan biri edən bir diğər xüsusiyyət isə müasir həyatımızda tez-tez adı çəkilən şüur axışı texnikasıdır. (Tristram Shandy kimi bir neçə kitab xaricində). O zamana qədər romanlarda obrazların düşüncələri müəyyən edilən bir məntiq ardıcıllığı və nizam içərisində mətnə köçürülürdü. Coys bütövlüklə həmin bu fikrə qarşı çıxdı. Ona görə insanın ağlından keçən düşüncələr bir məntiq ardıcıllığı içərisində ola bilməz, bütövlük göstərə bilməz, bu cəhətdən mətndə də bu şəkildə olmalıdır. Necə ki kitabın əsas obrazını tez-tez onlarca düşüncə içərisində oxuyuruq. O paraqraflar onun ağlından keçdiyi kimi, yarım, nizamsız, əlaqəsizdir. Coysun istədiyi kimi sadəcə olan şeyləri danışır.

Daha əvvəl edilməyəni etmək fikri Coysun əsərində istifadə etdiyi dilə təsir edir. "Uillis" bir üst paraqrafda söylədiklərimin yanında içərisində ehtiva etdiyi söz oyunlarıyla da müasir ədəbiyyatın ən yetkin örnəklərindən birini əmələ gətirir. Bəli, "Uillis" romanının post-modern bir roman olduğunu söyləyənlərin əksinə, modernizmi belə lazım olduğu qədər gərməsinə rəğmən "Uillis" romanı ədəbi cərəyan olaraq modern bir romandır.

Əgər "Uillis" romanı modernizm uçurumunun ən kənarında gəzirdisə, yazıçının son əsəri "Finnegan’s Wake" uçurumdan aşağıya tullanmaq mənasına gəlməkdədir. Çünki bu roman Coysun ədəbiyyat anlayışının son mərhələsini təmsil edir. "Finnegan’s Wake" romanı gerçəkliyin yuxulara qarışdığı, zaman və məkanın məhv olduğu, içində türk dilinin də olduğu onlarca dili birləşdirərək törədilən sözlərdən meydana gəlib. Əsərin tərcümə edilə bildiyi dil sayı bir əlin barmaqları qədərdir. Bir çox  ədəbiyyatçılar əsərin sadəcə yazıldığı dildə oxunmasının vacib olduğunu deyir. Və hələ də oxunması ən çətin romanlardan biri olaraq sayılır. Təbii bunun bir səbəbi var. Ceyms Coys aktiv oxuyucu anlayışının əhəmiyyətini davamlı vurğulayan bir yazıçı idi. Özünün verdiyi onlarca illik əməyə qarşılıq oxuyucunun da onu anlamaq üçün əmək verməsini istəyirdi. Coys söyləmək istəyirdi ki, oxuyucu olmaq yazıçı olmaqdan o qədər də bəsit deyil.

Əlbəttə Ceyms Coys bir çox paraqrafla nəql edilə biləcək bir yazıçı deyil. O bir çox cəhətdən, bir çox yazıçıdan fərqlənən fikirlərə sahib biridir. Ədəbiyyata və daha ümumi olaraq sənətə baxış bucağını, əsərlərini, həyatını tam olaraq anlatmaq üçün cildlər lazımdır. Ən yaxşısı, əvvəldə çox da dərinə enmədən yazıçının kitablarını bir-bir oxumaq və 20-ci əsrin ən əhəmiyyətli insanlarından birini öz rəvayəti içində öyrənmək daha məqsədəuyğundur. Bütün həqiqətləri, bütün sadəliyi və bütün sehirləri ilə birlikdə.
Nəcəf Əsgərzadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti