“Vladimir Putin Ermənistana gələn il səfər edəcək”

26-09-2018, 19:38
Oxunub: 249
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib


“Fikrimcə, Rusiya prezidenti Vladimir Putin Ermənistana, təxminən, gələn il səfər edəcək”.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Doğrudan da, prezidentimizin Ermənistana səfərinin təşkil edilməsi müzakirə olunsa da, dəqiq tarixindən bəhs edilməyib”, - o vurğulayıb.

Y.Uşakov deyib ki, iki dövlətin başçıları MDB-nin Düşənbədə keçiriləcək sammiti, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanada və Avroasiya İqtisadi İttifaqının Moskvada keçiriləcək sessiyaları çərçivəsində görüşəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i Rusiya prezidenti Vladimir Putinin bu il sentyabrın sonunda Ermənistana səfər edəcəyi barədə məlumat yaymışdı.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti