“Azərbaycan ərazilərinin işğal olunmasında Rusiya da məsuliyyət daşıyır” - BƏYANAT

25-09-2018, 00:43
Oxunub: 476
Azərbaycan-Rusiya münasibətləri mövuzunda Dəyirmi Masa keçirilib


Sentyabrın 24-də Qarabağ Komitəsi “Rusiya Federasiyasının Prezidenti V. Putinin sentyabrın 25-də Bakıya gözlənilən səfəri ərəfəsində Azərbaycan-Rusiya münasibətləri” mövzusunda Dəyirmi Masa keçirib.

Etatist.com xəbər verir ki, Dəyirmi Masa iştirakçıları Azərbaycan-Rusiya münasibətləri və Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlərini bildiriblər.

Tədbiri giriş sözü ilə KXCP sədri, Qarabağ Komitəsinin üzvü Mirmahmud Mirəlioğlu aıb. O, Dəyirmi Masanın mövzusu, əhəmiyyəti haqqında məlumat verib.

Daha sonra komitənin üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn çıxış edərək Dəyirmi Masanın ümumi tezisləri haqqında danışıb.

"Narahatçılıq və nigarançılığa əsas var"

Komitə üzvləri çıxış edərək, mövzu haqqında fikirlərini bildiriblər.

Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov bildirib ki, Rusiyanın heç vaxt sülhməramlı qoşunları olmayıb. O, Abxaziya və Osetiya məsələsinə diqqət çəkərək bildirib:

“Rusiyanın heç vaxt sülhməramlı qoşunları olmayıb. Xatırlayırsınızsa, Rusiya sülhməramlı qoşun adıyla Abxaziya ilə Osetiyaya qoşun göndərdi və özünün təxribatı nəticəsində 5 rus əsgər öldürüldü, Abxaziya ilə Osetiya ilhaq olundu və onları ilk tanıyan yenə də Rusiya oldu. Yəni Rusiyanın Azərbaycana sülhməramlı göndərməsi Qarabağın tamamilə itirilməsi deməkdir. 250 ildir Azərbaycana gələn bəlalar hamısı Rusiya imperiyasından gəlib.

Narahatçılıq və nigarançılığa əsas var. Ona görə də bəyanat qəbul edək və ictimaiyyətə yayaq”.

Qarabağ Azalıq Təşkilatının rəhbəri Akif Nağı bildirib ki, Rusiya keçmiş sovet ölkələrinin heç birindən əl çəkməyib:

“Rusiya həmin respublikalarda mövqeyini bərpa üçün plan qurur, iş görür. Ola bilsin ki, bizim cəmiyyət hələ təhlükəni hiss eləmir, biz məsələlərə bir az arxayın yanaşırıq”.

Dəyirmi Masada ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, Ümid partiyasının sədri İqbal Ağazadə, Ağ partiyanın sədri Tural Abbaslı, Azadlıq partiyasının sədri Əhməd Oruc və digər müxalifət partiyalarının sədləri və nümayəndələri çıxış ediblər.

NƏTİCƏ

"Rusiya beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır"

Sonda bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, Rusiya beynəlxalq sülh və təhlükəsizlik üçün, SSRİ məkanında mövcud olan dövlətlərin, o cümlədən Azərbaycanın müstəqilliyi üçün ciddi təhdid olaraq qalır:

“Bu təhdid Azərbaycan kimi dövlətlərdə Rusiyanın 5-ci kolonunun mövcudluğu ilə daha təhlükəli xarakter alıb dərinləşir, Azərbaycanın Rusiyanın vassalına çevrilməsi tendensiyası güclənir.”

Bundan başqa, bəyanatda o da bildirilir ki, Azərbaycan Rusiyanın Gürcüstan və Ukraynaya birbaşa hərbi müdaxiləsi ilə yaradılan separatçı oyuncaq dövlət qurumlarına, Krımın işğalına birmənalı mövqeyini qoruyub saxlamalı və bu sahədə indiyə qədər yürüdülmüş xəttən geri çəkilməməlidir:

“Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərinin Ermənistan tərəfindən işğal olunması, onminlərlə insanın öldürülməsi, 20 Yanvar faciəsi, bir milyondan çox insanın qaçqın düşməsi, Xocalı genosidi üçün Rusiya Ermənistanla birlikdə məsuliyyət daşıyır və bu məsuliyyətin Rusiya tərəfindən etiraf olunmasına və tanınmasına, bu etiraf və tanınmanın müvafiq dövlətlərarası sənədlərlə təsbit olunması Azərbaycan hökuməti tərəfindən mövqe olaraq ortaya qoyulmalıdır”.

Bəyanatda bildirilib ki, bütün region üçün təhlükə hesab olunan erməni təcavüzü yalnız Rusiya sayəsində mümkün olub. Azərbaycan-Rusiya arasında hərbi-texniki əməkdaşlığa da toxunulub:

“Mövcud reallıqlar əsas götürülərək Rusiya ilə hərbi-texniki əməkdaşlığın davam etdirilməsi mümkün hesab edilir”.

Qeyd edək ki, Qarabağ Komitəsi sentyabr ayının 29-da "Məhsul" stadionunda "Qarabağa azadlıq" mitinqi keçirmək üçün BŞİH-nə müraciət edib. Lakin hələ BŞİH-dən rəsmi cavab verilməyib. Komitənin bəzi üzvləri sentyabrın 24-də icra hakimiyyətində olublar, ancaq onlar mitinqə icazə verilib-verilmədiyi ilə bağlı heç bir cavab ala biməyiblər.

“Azərbaycan ərazilərinin işğal olunmasında Rusiya da məsuliyyət daşıyır” - BƏYANAT

“Azərbaycan ərazilərinin işğal olunmasında Rusiya da məsuliyyət daşıyır” - BƏYANAT

“Azərbaycan ərazilərinin işğal olunmasında Rusiya da məsuliyyət daşıyır” - BƏYANAT

“Azərbaycan ərazilərinin işğal olunmasında Rusiya da məsuliyyət daşıyır” - BƏYANAT

“Azərbaycan ərazilərinin işğal olunmasında Rusiya da məsuliyyət daşıyır” - BƏYANAT

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti