“Brent” markalı neftin qiyməti bahalaşıb

24-09-2018, 20:40
Oxunub: 235
“Brent” markalı neftin bir barreli 2,9 faiz bahalaşaraq 81,17 dollara satılıb


Neftin qiyməti yenidən bahalaşıb.

Report “Gazeta.ru”ya istinadən xəbər verir ki, artım OPEC+ təşkilatının açıqlamalarından sonra qeydə alınıb.  

Belə ki, Londonun İCE Futures birjasında “Brent” markalı neftin bir barreli 2,9 faiz bahalaşaraq 81,17 dollara satılıb. Bununla da "Brent" markalı neftin qiyməti 2014-ci il noyabrın 21-dən sonra ilk dəfə 81 dolları keçib. 

Bununla yanaşı, Nyu-York birjasındakı hərracda WTI markalı neftin bir bareli 2,02 faiz bahalaşaraq 72,21 dollar olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti