Putinlə Netanyahu arasında telefon danışığı olub

24-09-2018, 21:03
Oxunub: 36
Danışıq İsrail tərəfinin təşəbbüsü ilə baş tutub


Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Report Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıq İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı V.Putin bildirib ki, Suriya Hərbi Hava Müdafiə Qüvvələrinin döyüş imkanlarını artırmaq üçün gördükləri tədbirlər yaranan vəziyyətə adekvatdır. 

Onun sözlərinə görə, Rusiyaya məxsus “İl-20” tipli təyyarənin bu günlərdə vurulmasına əsas səbəb İsrail Hərbi Hava Qüvvələrinin atdığı addımlar olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti