Azərbaycanla Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

24-09-2018, 16:58
Oxunub: 35
Tərəflər ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar


Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov “ADEX 2018” III Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya səfərə gələn Monteneqronun müdafiə naziri Predraq Boşkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğun ifadə edildiyi görüşdə vurğulanıb ki, Azərbaycan ilə Monteneqro arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

Monteneqronun müdafiə nazirinin “ADEX 2018” III Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov bunun ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib.

Monteneqronun müdafiə naziri isə, öz növbəsində, dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olduğunu deyərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti