Qanunsuz ov edən üç nəfər saxlanılıb

24-09-2018, 12:31
Oxunub: 40
Onlardan 3 ədəd ov tüfəngii və 364 ədəd patron, habelə ovladıqları 8 ədəd gərəf quşu götürülüb


Qanunsuz ov edən şəxslər saxlanılıblar. 

Bu barədə Report-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, sentyabrın 22-də qanunsuz ov etdiklərinə görə üç nəfər DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri Nicat Balayarov, Əhməd Əlizadə və Nazim Balayev olduqları müəyyən edilib. Onlardan “ATA ARMS”, “İJ-58” və “Özkan arms” markalı 3 ədəd ov tüfəngləri və 364 ədəd patron, habelə ovladıqları 8 ədəd gərəf quşu götürülüb.

Araşdırma aparılır.   
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti