Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib

24-09-2018, 14:43
Oxunub: 40
Monqolustan Prezidentini Azad Rəhimov və digər rəsmi şəxslər qarşılayıblar


Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Azərbaycana işgüzar səfərə gəlib.

Report xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı hava limanında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qarşılayıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti