İspaniya sahillərində 500-dən çox miqrant aşkarlanıb

24-09-2018, 02:27
Oxunub: 28
Ümumilikdə ilin əvvəlindən Aralıq dənizi vasitəsi ilə 78 min miqrant Avropaya keçib


İspaniya sahilləində 500-dən artıq miqrant aşkar edilib.

Trend-in məlumatına görə, xilasedicilər sentyabrın 22-si Andalusiya sahillərində 10 qayıq (381 nəfər), Balerian adaları sahillərində isə 1 qayıq (12 nəfər) aşkar ediblər.

Sentyabrın 23-ü xilasedicilər Alboran dənizində 117 nəfərin olduğu iki qayığı aşkar ediblər. Onlar Malaqaya gətirilib.

Ümumilikdə ilin əvvəlindən Aralıq dənizi vasitəsi ilə 78 min miqrant Avropaya keçib. Aralıq dənizini keçməyə çalışan 1700-dən artıq insan həlak olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti