BNA: Bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb

23-09-2018, 17:26
Oxunub: 32
"Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib"


Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Etatist.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, bu səbəbdən də Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətində sıxlıq var.

"Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və hazırda zəruri olan tədbirlər görülür", - deyə məlumatda vurğulanır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti