Tanzaniyada gəminin batması nəticəsində ölənlərin sayı 209-a çatıb

23-09-2018, 10:27
Oxunub: 36
Bərə cümə axşamı Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib


Tanzaniyanın Vikoriya gölü sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Citizen" qəzeti yazıb.

Şənbə günü daha 69 nəfərin meyiti aşkar edilib.

Bərə cümə axşamı Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib.

Bəzi məlumatlara görə, göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti